Ru
14:35 / 18 Sentyabr 2024

Dollar alışında LİMİT – Banklar nə etməyə çalışır?

8068
Hazırda Azərbaycanda hər bir vətəndaş şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirə bilir. Limiti aşan vətəndaşlar 1 il ərzində bu imkandan məhrum qalırlar. Bəzi hallarda isə banklar limit adı altında vətəndaşlardan dollar almaqdan imtina edir, bununla bağlı müxtəlif bəhanələr gətirirlər. Halbuki dolların banklar tərəfindən alışı milli valyutanın məzənnəsinin stabilliyi üçün xüsusi əhəmiyyət kəsb edir.




İqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib ki, banklarda çox vaxt dolların alışı ilə bağlı problem olur. Yəni 20 min ekvivalentində dollar alışı ilə bağlı limit var. Bu limit qeyri-rəsmidir:

“Dollar almaq istəyən vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə sistemdə qeydiyyatdan keçirlər və onlara 11 min 500 dollardan artıq valyuta satılmır. Bunun özü də mənasız bir qadağadır. Çünki kimə dollar lazımdırsa qohumunun, qonşusunun, dostunun şəxsiyyət vəsiqəsi ilə onsuz da gedib onu alır. Bu qadağanın olmasının ciddi bir əhəmiyyəti də yoxdur. Satışla bağlı isə bir limit yoxdur və olmamalıdır. Çünki elə bir limitin tətbiqi ilə bağlı Mərkəzi Bankın qərarı yoxdur. Burada bir məqsəd var. İnsanları dollar alışından çəkindirmək”.

Sevinc
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar