Ru
20:10 / 14 Mart 2023

Dollar sıradan çıxır? - "Ciddi narahatlıq var" - Ekspert rəyi

5386
Amerikanın “Silicon Valley Bank”ı iflasa uğradığını açıqlayıb. Bu xəbər investorları təşvişə salıb və səhmlərin kəskin ucuzlaşmasına səbəb olub. ABŞ-ın Maliyyə naziri Canet Yellen investorları Amerika bank sisteminin sabitliyinə əmin edən çıxış etsə də, bankın müflisləşməsi digər bankların da oxşar problemlərlə üzləşəcəyi qorxusunu artırıb. Bununla dolların dəyərdən düşəcəyi və rəqəmsal valyutaya keçiləcəyi barədə xəbərlər yayılıb. Bəs, bu xəbərlər nə dərəcədə əsaslıdır? Ekspertlər bu barədə nə düşünürlər?

İqtisadçı Natiq Cəfərli Bakupost.az -a açıqlamasında bildirib ki, bu hadisə kifayət qədər böyük rezonans doğurub. Belə ki, ABŞ-ın böyük banklarının səhmləri dəyərdən düşüb.


İqtisadçının sözlərinə görə, “Silicon Valley Bank”ı Amerikanın orta mövqeli banklarından biridir:

"Amma bu, yenə də təhlükəli tendensiyadır. Amerikanın böyük bankları çoxlu dəyər itirdilər. Amma həm Ameikanın maliyyə naziri, həm Federal Ehtiyat Sistemi, hətta prezident dünən axşam saatlarında insanları sakitləşdirəcək açıqlamalar verdilər. Bildirdilər ki, heç kimin pulu batmayacaq. Hətta hamının sığortasız depozitləri belə geri qaytarılacaq. İlk növbədə keçid bankı təyin olundu və dövlət tərəfindən dəstək görərək, onun bu işlə məşğul olacağıı açıqlandı. 2008-ci ildə Lehman Brothers bankı batanda daha böyük təhlükə yaşanmışdı. Sanki ondan da bir dərs çıxardılar. Çox tez reaksiya verdilər ki, bu virus kimi yayılmasın. Amma bu, istər-istəməz investorlarda müəyyən qədər qorxu yaradıb. Düşünürlər ki, banklardan biri bu aqibətlə üzləşdisə, kim zəmanət verir ki, növbəti dəfə belə bir şey olmayacaq. Ona görə də müəyyən gərginlik var. İndi hamı Maliyyə Nazirliyinin və Federal Ehtiyat Sisteminin atacağı addımları gözləyir".

Natiq Cəfərli qeyd edib ki, dollar hazırda dünyada güclü mövqeyə malikdir. Amma güclü regional valyutaların yaranması da istisna olunmur:

“Düşünmürəm ki, bu məsələyə görə dolların sıradan çıxması, rəqəmsal valyutaya keçidlə bağlı böyük səs- küy yaradacaq qərarlar qəbul olunsun. Çünki bu cür məsələlər çoxdan vardı. Bu gün bizim istifadə etdiyimiz kredit kartları elə rəqəmsal valyutadır. Bu, ciddi panika yarada biləcək bir proses deyil. Dünyada hazırda bütün müqavilələr dollar üzərindən bağlanır. Amma güclü regional valyutaların yaranması ehtimalı var. Məsələn, dünya birjalarında Çin yuanı getdikcə daha çox əhəmiyyət qazanır”.

Əfsanə Rəcəb,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər