Rusiyanın nəzarətində olan Donbassın Donetsk bölgəsində rus əsgərlərini daşıyan hərbi maşın mikroavtobusla toqquşub.
Bakupost.az xəbər verir ki, hadisə nəticəsində 16 nəfər ölüb, 3 əsgər yaralanıb.
Rusiya mətbuatının yerli hakimiyyət orqanlarından əldə etdiyi məlumata görə, Şahtörsk-Torez yolunda baş verən qəzada mikroavtobusda olan 16 sərnişinin həyatını itirib, hərbi maşındakı 3 rus əsgəri isə xəstəxanaya yerləşdirilib. Müalicə alan əsgərlərin həyati təhlükəsi var, onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.
Qəza ilə bağlı Rusiya Müdafiə Nazirliyindən hələlik rəsmi açıqlama verilməyib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.