Dünya Çempionatı bitsə də diqqət cəlb edən görüntülər yavaş-yavaş üzə çıxır.
Bakupost.az xəbər verir ki, final oyunu zamanı rəsmi protokolda iştirak etmək üçün gedən dövlət başçıları və FİFA prezidenti arasında maraqlı hal yaşanıb.
FİFA prezidenti Gianni İnfantino, Fransa prezidenti Emmanuel Makronu bərabər getmək üçün yanına çağırsa da, Qətər əmiri Təmim bin Həməd Al Sani Makronun qarşısından keçməsinə icazə verməyib.