Ru
11:39 / 27 Mart 2023

"Dövlət sənədsiz evlərə görə külli miqdarda pul itirir” - Ekspert

3983
"Bələdiyyə torpağında tikilən evlər qeydiyyata alınmalıdır"

Xəbər verdiyimiz kimi, bu yaxınlarda Milli Məclisdə "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"nə dəyişikliklər müzakirə olunub. Aparılan müzakirələr sənədsiz qeyri-yaşayış obyektlərinin sənədləşdiriləcəyinə yenidən ümidlər yaradıb.

Məcəlləyə nəzərdə tutulan dəyişikliklərə əsasən, 2023-cü il martın 1-dək inşa edilən, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən qeyri-yaşayış sahələri çıxarış (kupça) ilə təmin ediləcək. Qeyd olunur ki, bu dəyişiklik qəbul ediləcəyi təqdirdə 40 mindən çox obyekt qeydiyyata alına və çıxarışla təmin edilə bilər.




Məsələyə münasibət bildirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakupost.az -a bildirib ki, hazırda 40 min qeyri-yaşayış obyekti digər təyinatlı torpaqlarda tikildiyindən onlara çıxarış verilməsi mümkün deyil. Bunun üçün həmin obyektlərin yerləşdikləri ərazilərdə torpaqların təyinatı dəyişdirilməlidir.

E.Fərzəliyev eyni problemin yaşayış evlərinə də aid olduğunu söyləyib:

“Hazırda kənd təsərrüfatlı təyinatlı torpaqlarda inşa edilmiş evlərə də "kupça" almaq mümkün deyil. Çünki, həmin torpağın təyinatı onun üzərində yaşayış məqsədilə fərdi ev tikməyə imkan vermir”.

Ekspert bildirib ki, bunun üçün icra mexanizmi qurulmalı, normativlərə uyğun inşa edilmiş qeyri-yaşayış və fərdi evlərə çıxarış verilməlidir:

"Bakıda və Bakı ətrafında inşa edilmiş obyektlər illərdir ki, fəaliyyət göstərir. Onların mütləq əksəriyyəti vergi ödəyicisi kimi qeydiyyata düşüb. Onlar qeyri-yaşayış obyekti kimi kommunal xərclərə daha çox rüsum ödəyirlər. Amma hələ də obyektlərinə çıxarış ala bilməyiblər. Bu problem aradan qaldırılmalıdır".

E.Fərəzliyevin dediyinə görə, kommunikasiya xətlərinin mühafizə zolağında inşa olunmuş qanunusuz tikililərdən başqa normativlərə uyğun inşa edilmiş fərdi evlər də sənədləşdirilməlidir:

“Bələdiyyə qanunvericiliyinə görə, vətəndaş bələdiyyə torpağında 5 ildən artıq yaşayırsa, onun icarə müaqviləsinin rəsmiləşməsinə, yaxud özəlləşməsinə şərait yaradılmalıdır. Hazırda bələdiyyə torpaqları üzərində inşa olunmuş evlərə görə büdcə küllü məbləğdə vəsait itirir”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər