Ru
12:39 / 04 İyul 2022

DTX-nin saxladığı gömrükçülər HƏBS EDİLDİ - Məhkəmə qərarı

5441
Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlərə baxılıb.


Bakupost.az APA-ya istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Rəşad Babayev və Şükür Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Hər iki şəxs qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir.


Qeyd edək ki, Rəşad Babayev və Şükür Səfərov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.


R.Babayev bundan əvvəl Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər