Ru
20:07 / 19 Aprel 2022

Dünya azərbaycanlılarının Şuşaya gəlişi niyə bu qədər önəmlidir?

2719
“Dünya Azərbaycanlıların Qurultayının Şuşada keçirilməsi simvolik, eyni zamanda tarixi hadisədir”.


Bunu Bakupost.az -a millət vəkili Nigar Arpadarai Dünya Azərbaycanlıların Qurultayı ilə bağlı danışarkən deyib.


Millət vəkili bildirib ki, Azərbaycanın mədəniyyət paytaxtında belə bir tədbirin keçirilməsi azərbaycanlıların birliyini daha da möhkəmləndirəcək:




“Şuşa Azərbaycanın ürəyi və mədəniyyət paytaxtıdır. 30 ildən sonra işğaldan azad olunmuş Şuşamızda dünya azərbaycanlılarını toplamaq bizim üçün əlamətdar hadisədir. Emosional tərəfləri qırağa qoysaq, praktiki məqamlar var. Çünki biz dünya azərbaycanlılarını Şuşada toplayırıq. Füzulidən keçərkən ermənilər tərəfindən dağıdılmış əraziləri, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı bərpa-quruculuq işlərini görəndə və Şuşada olmaq həyəcanı onlarda silinməz hisslər yaşadacaq. Onlar qayıtdıqları ölkələrdə tamamilə başqa arqumentlərlə işləyə biləcəklər. Təbii ki, onlar bütün bunları öz kameraları ilə çəkəcək, təşkilatlanmış şəkildə bütün prosesləri müzakirə edəcəklər”.


N. Arpadarai bu prosesdə diaspor və ictimai diplomatiyanın fəaliyyətinə də diqqət çəkib:


“Bu işdə dövlət qurumlarının, xüsusilə Diasporla İş üzrə Dövlət Komitəsinin aktiv fəaliyyətini qeyd etmək lazımdır. Bu, diaspor diplomatiyasının inkişafı baxımından çox önəmlidir. Çünki diaspor diplomatiyası, ictimai diplomatiyanın daha geniş imkanları var. Onlar yaşadıqları ölkələrdə daha çox qurumlara müraciət edə bilir, daha açıq dildə danışa bilirlər. Biz bu diplomatiya növündən istifadə etməli və ictimai diplomatiyanı inkişaf etdirməliyik. Eekspertlərimiz, xaricdə yaşayan vətəndaşlarımız, qeyri-hökumət təşkilatlarımız, aktivistlərimiz bu işdə Azərbaycana dəstək olmalıdırlar. Bu baxımdan bu işi inkişaf etdirməliyik. Ona görə də Şuşada Dünya Azərbaycanlılarının Qurultayı böyük tarixi, siyasi və mənəvi əhəmiyyətli hadisə olacaq”.


Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər