Ru
15:40 / 24 Yanvar 2022

Dünya çempionunun əşyalarının oğurlanması ilə bağlı DİN-dən açıqlama

1566

Xəbər verdiyimiz kimi, qarışıq döyüş növləri (MMA) Azərbaycan idmançısı, dünya çempionu Gözəl Zutovanın çantası Baş Dövlət Yol Polisi İdarəsinin həyətində oğurlanıb. Çantanın içərisində bir miqdar pul, sənədlər və bir qızıl əşyası olub.



Məsələ ilə bağlı DİN-in Mətbuat Xidməti ilə əlaqə saxladıq.

Nazirliyin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Bakupost.az –a bildirdi ki, baş verənlərlə bağlı araşdırma aparılır:

“Gözəl Zutovaya məxsus əşyaların oğurlanması ilə bağlı iddiaların bütün təfərrüatları Bakı şəhər BPİ-nin cinayət-axtarış idarəsi tərəfindən araşdırılır. Həmin ünvan üzrə kamera görüntüləri yoxlanılır, əşyaların hansı şəraitdə itməsi, yaxud oğurlanması ilə bağlı araşdırmalar gedişində məlum olacaq. Bu barədə G.Zutova ilə əlaqə saxlanılaraq məlumatlandırılıb”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər