Ru
11:37 / 26 Sentyabr 2022

Dünyada kəskin ərzaq böhranı: 400 milyon insan aclıqla üzləşə bilər - Şərh

4093
"BMT-nin hesabatına görə, Rusiya-Ukrayna müharibəsi başlayana qədər dünyada baş verən iqlim dəyişiklikləri və pandemiyanın təsirləri qlobal bazarda ərzaq qiymətlərinin 20% artmasına səbəb olub. Eyni zamanda Rusiya-Ukrayan müharibəsi ərzaq bazarında başlayan böhranı daha da sürətləndirib və cari ilin mart ayında qiymətlərin 40% artmasına gətirib çıxarıb".


Bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Azər Badəmov dünyada ərzaq böhranı ilə bağlı danışarkən deyib.


Millət vəkili hesab edir ki, Rusiyaya tətbiq olunan sanksiyaların genişləndirilməsi dünyada ərzaq böhranını daha da dərinləşdirə bilər:



"Bir tərəfdən dünyada quralıq və təbii fəlakətlərin miqyasının genişlənməsi, Rusiya və Belarusdan gübrə idxalının sanksiyalara məruz qaması dünyada kənd təsərrüfatı məhsullarının orta məhsuldarlığının kəskin azalmasına təsir göstərir. Həm də dünya bazarına ixrac olunan günəbaxan yağının 75 %-i Rusiya və Ukraynanın payına düşdüyündən bu məhsulların da qlobal bazarlara təklifi kəskin azalıb. Dünya ərzaq bazarının böhrana sürüklənməsini sürətləndirən ən başlıca amillərindən biri də Rusiya neftinə tətbiq olunmuş sanksiyalardır. Qərbin Rusiya neftindən imtinası yanacağa olan tələbatın bioyanacaqla əvəz olunması məsələsini aktuallaşdırır. Bu məqsədlə taxılın bioyanacaq üçün istifadə edilməsi məsələsi müzakirə olunmaqdadır. Əgər taxılın bioyanacaq kimi istifadə olunmasına başlanarsa, dünyada ərzaq böhranı daha da dərinləşəcək. Çünki, dünyada taxıla olan təlabatın 30 %-ə qədəri Rusiya və Ukraynanın payına düşür".


A.Badamov qeyd edib ki, dünyada taxıl istehsalı azalmaqdadır:


"Dünyada taxıl istehsalı azaır və tətbiq olunmuş sanksiyalar, eləcə də müharibə üzündən qlobal bazarın əsas təchizatçıları olan Rusiya və Ukrayna kənarda qalıb. Düzdür, İstanbul razılaşmasına əsasən, Ukrayna taxılının Qara dəniz vasitəsilə daşınmasına başlanılıb. Amma bu həcm çox aşağıdır və həm də daşınan taxılın ancaq 2-3%-i inkişaf etməkdə olan ölkələrə çatır. Qalan hissəsi isə inkişaf etmiş ölkələr tərəfindən idxal olunur ki, bu da taxılın bioyanacaq kimi istifadə olunacağı ehtimalını artırır. Cari ildə Ukraynada müharibə getdiyindən taxılın istehsalı da azalıb. Dünya bazarında taxıla olan tələbin təklifi kəskin üstələməsi yenidən qiymət artımlarına gətirib çıxara bilər".


Millət vəkili dünyanın yeni ərzaq böhranı astanasında olduğunu diqqətə çatdırıb:


"BMT-nin hesablamalarına görə, dünyada 400 milyon insan aclıqla üzləşmək təhlükəsi ilə qarşılaşıb. Bütün bunları nəzərə alaraq, dünyanın yeni ərzaq böhranının astanasında olduğunu demək olar. Hesab edirəm ki, dünya üçün çətin bir dövrün gəlişi nəzərə alınaraq, BMT Rusiya nefti və qazının sanksiyalardan azad edilməsi ilə bağlı qərar qəbul etməlidir. İnkişaf etmiş ölkələr qiymət bahalaşmaları ilə rastlaşsa da, bu mərhələni keçid edə biləcəkdir. Amma inkişaf etməkdə olan, həyat səviyyəsi aşağı ölkələr üçün çətin bir dövrün başlanacağı gözlənilir" .


Fəridə
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər