Ru
11:46 / 22 Sentyabr 2022

Dünyanın ağası Putin olacaq - Vanqanın 2023-cü il proqnozu

3256
Dünyaca məşhur bolqarıstanlı öngörücü Baba Vanqanın 2023-cü il haqqında verdiyi proqnozlar yenidən gündəmə gəlib.


Bakupost.az Baba Vanqanın 2023-cü il üçün qaranlıq və qorxulu 5 kəhanətini təqdim edir


Baba Vanqa 2023-cü ildə Yerin orbitində müəyyən mənada dəyişiklik olacağını proqnozlaşdırsa da, bunun təfərrüatlarını açıqlamayıb. Ancaq bu dəyişiklik nə olursa olsun, dağıdıcı nəticələrə səbəb ola bilər. Çünki planetin orbitindəki ən kiçik dəyişiklik belə iqlim və dəniz səviyyəsində arzuolunmaz və son dərəcə zərərli dəyişikliklərə səbəb ola bilər. Məşhur öngörücünün proqnozlaşdırdığı dəhşətli hadisələrdən biri də “Böyük ölkə”nin (ABŞ) insanlar üzərində bioloji silah araşdırmaları aparacağını və bunun minlərlə insanın ölümü ilə nəticələnəcəyidir. Lakin Birləşmiş Millətlər Təşkilatının Bioloji Silahlar Konvensiyası belə təcrübələri qadağan edir.


Daha bir dəhşətli proqnoz isə Yer kürəsində bu günə kimi baş verməyən dəhşətli bir günəş fırtınasının olacağı ilə bağldır. Bolqarıstan orakulunun başqa bir proqnozu ondan ibarətdir ki, Yer planetində indiyədək heç vaxt görülməmiş miqyasda nəhəng Günəş fırtınası olacaq.


Əgər bu baş verərsə, Yerdəki elektrik və internet sistemləri zədələnə bilər, həmçinin kosmosdakı stansiyalar, peyklər və astronavtlar günəş fırtınasından mənfi təsirlənə bilər. Bəzi ekspertlər bildirirlər ki, bu böyüklükdə partlayışlar dünyanı qaranlıq dövrlərə qaytara bilər.
Baba Vanqanın proqnozlarından biri də laboratoriya körpələri ilə bağlıdır. Beləki, Baba Vanqanın 2023-cü il üçün son iddiası, təbii insan doğumlarının sona çatmasını ehtiva edir. Buna uyğun olaraq, hökumət liderləri bütün insan həyatının laboratoriyada həyata keçirilməsini tələb edəcəklər. Liderlər və tibb mütəxəssisləri kimin doğulacağına qərar verərkən, valideynlər onların görünüşünü və saç rəngi və göz rəngi kimi xüsusiyyətlərini seçə biləcəklər.


Vanqanın 2023-cü il üçün bir çox proqnozları arasında atom elektrik stansiyasında partlayış olacağı ilə bağlı xəbərdarlığı da yer alıb. Bu qorxunc proqnoz onun Çernobıl fəlakəti ilə bağlı digər proqnozunun ardınca gəlib.


Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin ölkənin ərazi bütövlüyünü qorumaq üçün hər cür silahdan istifadə edəcəyini deməsindən sonra dünyada nüvə müharibəsi qorxusu artıb.


Vanqa 1979-cu ildə yazıçı Valentin Sidorovla müsahibəsində “Hər şey buz kimi əriyəcək, onlardan yalnız birinə toxunmayacaq. Vladimir və Rusiyanın şöhrəti. Çox insan qurban veriləcək. Rusiyanı heç kim dayandıra bilməz. Onun vasitəsilə hər şey yoldan uzaqlaşdırılacaq və o, nəinki tutulacaq, həm də dünyanın ağası olacaq”.


Xatırladaq ki, Baba Vanqa Çernobıl nüvə fəlakətini, Şahzadə Diananın ölümünü, Sovet İttifaqının dağılacağını proqnozlaşdırıb. Balkanların Nostradamusu adlandırılan Baba Vanqanın görüntülərinin 85 faiz dəqiq olduğu iddia edilir.


Günel
BakuPost
Şərhlər
  • t.ədalət

    Bu proqnoz Putinçilərin quramasıdır.Gözümüzün önündə Rusiyadan qat-qat güclü olan Çin var.Baba Vanqanın "dünyanın ağası" etdiyi Putin Çinin qarşısında tir-tir əsir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər