Ru
12:25 / 05 Oktyabr 2022

Dünyanın ən güclü ordu rəhbərləri Bakıda: nə baş verir? - Tofiq Zülfüqarovun ŞƏRHİ

7362
Xəbər verdiyimiz kimi, dünyanın ən güclü ordularından ikisinin rəhbərləri bir gün ara ilə Bakıya gəldilər.

Oktyabrın 3-də İsrail Müdafiə naziri Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfər etdi. Oktyabrın 4-də isə Türkiyə Milli Müdafiə naziri Hulusu Akar böyük bir heyətlə Bakıya təşrif buyurdu.Ardından Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi başladı. Eyni zamanda Səudiyə Ərəbistanın Xarici İşlər nazirinin ölkəmizə səfəri də xüsusi qeyd olunmalıdır.


Sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Bakupost.az -a açıqlamasında bu səfərləri dəyərləndirib.


Sabiq nazir nildirib ki, Azərbaycan qarşısında duran problemləri həll etmək üçün tərəfdaşlarının sayını artırmaqla məşğuldur:



"Azərbaycanın xarici siyasətini istər müdafiə, istər siyasi, istərsə də digər sahələrdə əlaqələrini gücləndirmək üçün həyata keçirir. İsrail Azərbaycanın çox etibarlı, uzunmüddətli partnyorudur. Müxtəlif sahələrdə əməkdaşlığı buraya aid etmək olar. Bu baxımdan İsrail müdafiə nazirinin ölkəmizə səfəri onu göstərir ki, Azərbaycan bundan əvvəl olduğu kimi, hərbi əməkdaşlığı davam etmək niyyətindədir. Bu səfər zamanı siyasi sahədə də əməkdaşlığın davam etdirilməsi müzakirə olunub. Çünki İsrail və müxtəlif ölkələrdə yaşayan yəhudi lobbisi Azərbaycanın ən etibarlı dostlarından biridir. Bu baxımdan hesab edirəm ki, bu səfər ənənəvi əməkdaşlığı daha da gücləndirəcək".


T.Zülfüqarov Türkiyə Müdafiə nazirinin səfərini də hərbi sahəyə təkan verən səfər kimi dəyərləndirib:


"Qardaş Türkiyə ilə hərbi müttəfiqik. Bu baxımdan Türkiyə Müdafiə naziri Hulusi Akaraın səfəri də çox önəmlidir. Bu o demıkdir ki, iki ölkənin müxtəlif qurumlarının rəhbərləri öz aralarında mütəmadi şəkildə görüşlər keçirir və praktiki məsələləri həll edirlər. Ona görə də bu, hərbi sahəyə təkan verən bir səfərdir. Eyni zamanda siyasi proseslərin müzakirə olunması da istisna deyil. Çünki Azərbaycan-Türkiyə münasibətləri daim inkişaf edir və daha da dərinləşir".


Sabiq nazir əlavə edib ki, Azərbaycan indiki mərhələdə aktiv hücum diplomatiyası həyata keçirir:


"Səudiyyə Ərəbistan da bizə dost ölkədir. Bu baxımdan bu, ənənəvi görüşdür. Xüsusilə qeyd etmək istərdim ki, həm Səudiyyə Ərəbistanının, həm də İsrailin bir müddət öncə Türkiyə ilə bəzi siyasi problemləri yaşanıb.Azərbaycan bu münasibətləri düzəltməyə öz dəstəyini vermişdi. Bu baxımdan bu görüş siyasi strategiyamıza uyğundur. Bütün bu görüşləri onunla bağlamaq istərdim ki, Azərbaycan indiki mərhələdə çox aktiv siyasi, hücum diplomatiyası həyata keçirir. Bu hücum diplomatiyası ilk növbədə ona yönəlib ki, Azərbaycanın qarşısında olan problemlərin həllinə nail olsun".


Fəridə
Baku Post
Şərhlər
  • nazim

    ozunuzu aldatmayin bunlarin hec biri guclu orduya sahib deyil. israyil eliyalin, gucu dasa catan felestinlilerle bacarmir, erebistan lap batirib ozunu, ayaqyalin ac yemenlilerin qabaqnidan qacdi turkiye de sizin gozuzde boyukdu dunyanin yox. admin zehmet olmasa ferli bir politoloq getrib izah etsin

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər