Xəbər verdiyimiz kimi, ölkəyə idxal olunan düyünün qiyməti artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycana 50 milyon 39 min dollar dəyərində 48 min 130 ton düyü idxal olunub. Yəni düyünün 1 tonu 104 dollara gətirilib. Ötən ilin eyni dövründə isə 36 milyon 685 min dollar dəyərində 41 min 38 ton düyü idxal edilib. Həmin vaxt isə 1 ton düyünün idxalı 89 dollara başa gəlib.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a bildirib ki, Azərbaycanda yerli düyü istehsalı inkişaf etməyib. Ölkəmizin cənub rayonlarında çox az miqdarda düyü istehsal olunur. Bunu görə də Azərbaycan düyü məhsullarını əsasən xarici ölkələr – Hindistan, Pakistan, İran və Türkiyədən idxal edir:
“İran, Pakistan və Hindistandan fərqli olaraq Rusiya ölkəmizdə yumru düyü bazarında önəmli paya malikdir. Sözügedən ölkələrdə düyünün qiyməti bahalaşan kimi Azərbaycanda da bu məhsulun qiymətlərində artım olur. Düyü ixracı üzrə dünya lideri hesab edilən Hindistanda ixracla bağlı böhranın da sözsüz ki, Azərbaycana təsiri var”.
Sevinc,
BakuPost