Ru
16:48 / 23 Sentyabr 2022

Əhalinin sayı kəskin azalacaq - İtaliyada ciddi təhlükə

998

Milli Statistika İnstitutu İtaliyanı yaxın gələcəkdə ciddi təhlükə gözlədiyini açıqlayıb.


Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, Milli Statistika İnstitutunun hesablamalarına görə, 2021-ci il yanvarın 1-nə 59,2 milyon olan əhali 2030-cu ildə 57,9 milyon, 2050-ci ildə 54,2 milyon və 2070-ci ildə 47,7 milyon nəfərə qədər azalacaq. 50 ildən sonra əhalinin 11,5 milyon nəfər azalacağı proqnozlaşdırılır.


Ailələrin sayının artacağını, lakin uşaqlı cütlüklərin daha az olacağını təxmin edən İSTAT, 2041-ci ilə qədər hər 4 ailədən yalnız 1-nin uşaqlı cütlüklərdən ibarət olacağını gözləyir.


Bildirilib ki, qeyd olunan məlumatlar potensial böhran ssenarisinin mövcudluğunu təsdiqləyir.


Xatırladaq ki, sentyabrın 25-də ümumi seçkilərin keçiriləcəyi İtaliyada seçkilərdə qalib gəlmə ehtimalı yüksək olan ifrat sağcı İtaliya Qardaşları Partiyasının (FdI) lideri Giorgia Meloni ölkənin əsas prioritet problemini bildirib. O, əhalinin sayının azalması və daha az uşaq sahibi olması kimi müəyyən edərək, hakimiyyətə gəlsələr, ailənin onlar üçün prioritet olacağını bildirmişdi.


Günel
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər