Ru
17:15 / 17 İyun 2022

Eldar Əzizov özü kitab yazır, amma kitab yarmarkasına qadağa qoyur... - Şahbaz Xuduoğlu

1203
“Absurd dövrdə yaşayırıq. Bakı şəhər icra başçısı Eldar Əzizov "Difahi"dən kitab yazır, amma kitab yarmarkasının keçirilməsinə qadağa qoyur. Ramiz Mehdiyev də belə edirdi, demokratiyadan, dövlətçilikdən qalaq-qalaq kitablar yazırdı əvəzində özünə və ətrafına lüks həyat, eləcə də 5-ci kolon yaradırdı. İndi nə əməllərini, nə də əmlakını və var-dövlətini hesablanmaqla bitirmək olmur”.


Bakupost.az xəbər verir ki, bunu Qanun nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu sosial media hesabında yazıb:



“İki ay məktuba cavab vermədilər sonra dedilər "Abadlıq xidmətinə" deyin, "Abadlıq" dedi, bizim etirazımız yoxdur. Bəhanə kəsiləndə “adamların bir yerə yığılmasını” istəmirik dedilər.

Bir şəhərin meri necə və niyə kitaba qadağa qoymalıdır!

Tiflisdə Rustaveli küçəsi boya-boy sənətkarların, kitabçıların üzünə açıqdır.

Heç icazə də istənilmir.


Bütün böyük şəhərlərdə əl işləri və kitab sərgilərinə küçə və parklarda şərait yaradırlar. Eldar müəllim isə özünü intellektual sayır, "hamı Hararini oxumalıdır", deyir amma kitaba qadağa qoyur.


Sabir heykəlinin yanında olmaz, fontanlarda olmaz, Bulvarda olmaz... Bu qədər dövlət vəsaitləri hesabına parklar salınır, bulvar tikilir ki, orda kitab olmasın! Bəs bu yetim Azərbaycan kitabına harada sərgi keçirək?.


Bizim kitaba böyük hörmətimiz var deyirlər. Hörmətiniz budurmu?”.




Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər