Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup qadını “Tərəqqi” medalı ilə təltif edib.
Onların arasında çoxumuzun yaxşı tanıdığı bir neçə QHT rəhbərlərinin olması maraqla qarşılanıb.
Bununla belə "Tərəqqi" alanlar arasında QHT rəhbərləri qədər məşhur olmasalar da, diqqətçəkən tərcümeyi-halı olan maraqlı fiqurlar var. Onlardan biri də Həsənova Afət Sadıq qızıdır.
Bakupost.az xəbər verir ki, Afət Həsənova Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktorudur. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İH-nin üzvü olan A.Həsənova həmçinin "Kontinental" şirkətinin təsisçisidir.
30 ilə yaxındır ki, tibb sahəsində fasiləsiz çalışan A.Həsənova həmçinin sabiq baş prokuror, hazırda həbsdə olan Eldar Həsənovun qardaşı Şahin Həsənovun həyat yoldaşıdır.
Azər
Baku Post