Ru
17:16 / 22 Noyabr 2022

Əli Əliyevə hökm oxundu - YENİLƏNİB

4263

Vətəndaş İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevə hökm oxunub və o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Bakupost.az xəbər verir ki, bu barədə hökm Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.


***

13:55


Bakı İstintaq təcridxanasında kamera yoldaşını döyməkdə ittiham olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Bakupost.az APA-ya istinadla xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Əli Əliyevin verilmiş ittihamlarla təqsirli bilinərək 3 il 11 ay azadlıqdan məhrum edilməsini istəyib. Əvvəlki iş üzrə çəkilməmiş cəzası birləşdirilməklə ona qəti olaraq 4 il həbs tələb edilib.

İttihama görə, Əli Əliyev onunla eyni kamerada saxlanılan başqa bir şəxsi döyərək ona xəsarət yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra R. Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə. Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə sonrakı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

VİP sədri sonuncu dəfə isə YAP-ın Binəqədə Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında məhkəməyə verilib.

VİP sədri Cinayət Məcəlləsinin148 (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum edilib. Onun əvvəlki cəzaları birləşdirilib yekun olaraq 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Şərhlər
  • Adam

    Zalım sistemin haqqı deyənlərə təhamülü olmadığı üçün belə cəzalandırır!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər