Ru
15:03 / 23 Noyabr 2022

"Əli Kərimli, Arif Hacılı Şuşada olubmu?" - Zahid Oruc

920

"AXCP və Müsavat partiyalarının rəhbərlərindən soruşmaq lazımdır ki, Şuşaya gediblərmi?"


Bakupost.az xəbər verir ki, bunu deputat Zahid Oruc “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı keçirilən brifinqdə “qanun layihəsinin müzakirəsinə qatılmayan AXCP və Müsavat partiyası ilə hansısa təmas, müzakirələri mümkün sayırsınızmı?” sualını cavablandırarkən deyib.


“Xaricə getmək üçün pasportları olmasa da, daxildə hərəkət edə bilirlər. Daxildə hərəkət üçün pasport tələb olunmur. Məsələn, Əli Kərimli, Arif Hacılı Şuşada olubmu? Biz qanun layihəsinin müzakirəsi zamanı həmrəyliyi pozmamaq üçün qətiyyən demədik ki, bu torpaqlar 90-cı illərdə kimin ucbatından, günahından itirilibdir. Mən öz subyektiv fikrim olaraq bildirirəm ki, görüş üçün heç bir problem yoxdur”, - deyə Z.Oruc qeyd edib.

Şərhlər
  • t.ədalət

    "5 kolon"un köhnə palan içi tökməsi xəyanətdir.Çünki Zahid Oruc kimi adamlar öz uşaqlarını cəbhə xəttindən yayındıranda müxalifətçilərin övladları əllərində silah düşmənə qarşı qanlı döyüşdə iştirak edirdilər.Rusiyanın casus şəbəkəsi,görəsən,nə vaxta kimi Azərbaycanı iqtidar-müxalifət düşərgəsinə çevirəcəklər?Bu gün Azərbaycan üçün ən böyük düşmən ölkənin imkanlarından yararlanan və övladlarını arxa cəbhələrdə daldalandıranlardır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər