Ru
17:17 / 10 May 2022

Əliməmməd Nuriyev jurnalistə görə Vilayət Eyvazova müraciət etdi

3460

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev ötən gün bıçaqlı hücuma məruz qalan jurnalist Aytən Məmmədova ilə bağlı nazir Vilayət Eyvazova müraciət edib.



Bakupost.az həmin müraciəti təqdim edir:


“Hörmətli, cənab nazir!


2022-ci il mayın 8-də axşam saatlarında yaşadığı binanın liftində jurnalist A. Məmmədovaya bıçaqla hücum edilməsi dərin narahatlıq yaradır. Jurnalist A. Məmmədova mediaya verdiyi məlumatda bildirir ki, yaşadığı binanın blokunda liftə minərkən naməlum şəxs onun ardınca liftə daxil olub və üzərinə bıçaq çəkib. Həmin şəxs A. Məmmədovanın boğazına bıçaq çəkərək hədələyib, “ağıllı olmağı” bildirib və qızı ilə təhdid edib.

Daxili İşlər Nazirliyi yanında İctimai Şura baş verən hadisədən dərin narahatlıq keçirir, jurnalistin təzyiq və təhdidlə üzləşməsini yolverilməz hesab edir.

İctimai Şura Daxili İşlər Nazirliyinin A. Məmmədovaya qarşı hücum hadisəsi ilə bağlı dərhal reaksiya verərək, ilkin araşdırmaya başlamasını Nazirliyin məsələyə xüsusi həssaslıqla yanaşmasının təzahüri kimi qiymətləndirərək həmin şəxsin tezliklə tapılıb məsuliyyətə cəlb edilməsi üçün bundan sonra da bütün mümkün addımların atılmasının vacibliyini qeyd edir.
İctimai Şura bu məsələni daim diqqətə saxlamaqla və öz səlahiyyətləri daxilində obyektiv və hərtərəfli araşdırma aparılması, ictimaiyyətin məlumatlandırılması üçün səy göstərəcəkdir”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər