Ru
15:36 / 02 Fevral 2023

Əmanətlərin vergiyə cəlb olunması səhv qərardır - Fəsadları olacaq

7392
Məlum olduğu kimi, fevralın 1-dən etibarən banklarda olan əmanətlər vergiyə cəlb olunur.


Qeyd edək ki, son 7 ildə (2016-cı il fevralın 1-dən etibarən) bu əmanətlər vergidən azad edilmişdi.


Belə ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, yerli və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad idi.



İqtisadçı-ekspert Elşad Məmmədovun Bakupost.az -a bildirdiyinə görə, ötən 7 il müddətində əmanətlərin gəlir vergisindən azad olunması banklara investisiya axınının sürətlənməsinə imkan yaradıb:


"Bu dövrdə banklarda mövcud olan əmanətlərin həcmi xeyli artıb. Bu, müsbət addım idi”.


Elşad Məmmədovun sözlərinə görə, əmanətlərin yenidən gəlir vergisinə cəlb olunması fiskal siyasətin sərtləşdirilməsi, pulun və potensial investisiyaların geri çəkilməsidir:

"Pul-kredit, fiskal siyasət o halda sərtləşdirilə bilər ki, ölkədə artıq pul kütləsi var. Amma Azərbaycanda belə proses müşahidə edilmir. Ona görə də hesab edirəm ki, məsələyə yenidən baxılmalıdır. Bu, ilk növbədə bank sektorundakı investisiya yönümlü kreditlərin artmasına mənfi təsirini göstərəcək”.


İqtisadçı hesab edir ki, bu, ölkədə investisiya mühitinə təkan verən qərar olmayacaq.


Sevinc
BakuPost
Şərhlər
  • Ağayev Vaqif

    Salam Rəşad müəllim! Sizin dediklərinizi tam dəstəkləyirəm. Mən bankda əmanətimi saxlamaq istəyirdim, bu qərar çıxandan sonra fikrimi dəyişdim. Tanıdığım çox adamlar əmanətlərini geri götürürlər. Bilirsinizmi, bu dövlətin maliyyə bünövrəsini qazımaq kimi bir işdir. Belə qərarın təşəbbüskarı ya dövlətin düşmənidir, ya da rüşvətxor bir qarnıyoğundur. Bəs bankirlər unudublar ki, bir vaxt banklarda əmanət saxlayanları barmaqla saymaq olardı, eyni hal təkrar olacaq, mənim buna şübhəm yoxdur.

  • Cavid

    Hansı axmaq qazandığı vəsaiti banklara etibar edər? Elə yeni vergi bu əmanətləri udacaq və sonda vətəndaş hətta banka borclu qala bilər və əmanətini bankların bahknot olduğu halda tam itirə bilər.Beə hal Texnikabankda baş vermişdi..Pulunuzu əlinizdə saxlayın.Qarantiya yoxdur!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər