Ru
16:14 / 19 Noyabr 2022

Əməkdar artist Mingəçevir Dövlət Dram Teatrına direktor təyin edildi

3183

Azərbaycan kino aktyoru, əməkdar artist İntiqam Soltan oğlu Həsənli Mingəçevir Dövlət Dram Teatrına direktor təyin edilib.


Bakupost. az xəbər verir ki, İntiqam Həsənli daha əvvəl Bakı Uşaq və Gənclər Teatrının direktoru və bədii rəhbəri olub.

Qeyd edək ki, Mingəçevir teatrının bundan əvvəlki direktoru Anar Quliyev bir müddət əvvəl vəzifəsindən sui istifadə etdiyi üçün işdən azad edilib. Mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, 28.10.2022-ci il tarixindən onun əmək müqaviləsinə xitam verilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər