Malayziya sakininin başına kuryoz olay gəlib. O, həm sosial şəbəkə izləyicilərindən, həm də polisdən kömək istəyib.
Bakupost.az xəbər verir ki, kişi satdığı telefondan arvadı ilə çəkdiyi intim foto və videoları tam silməyi unudub. Telefonu satdıqdan sonra intim videoları saytlara yayılıb.
Kişi bildirir ki, satanda telefonun yaddaşını tam pozmuşdu, lakin sonradan dələduzlar onları necəsə bərpa edə bilib.
Artıq polisə müraciət olunub, saytlara videoları silmək üçün iddia qaldırılıb.
Bir çoxları ər-arvadı telefona belə intim materiallar çəkməklə ağılsızlıq etdiyini bildirib.
Aygün Musayeva
BakuPost