Ru
17:37 / 17 Noyabr 2022

Ərdoğan Ahmet Kayanın ailəsinə müraciət etdi

2678
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məşhur müğənni Ahmet Kayanın məzarını Parisdən gətirtmək üçün lazımı tədbirlər görə biləcəyini bildirib.

Bakupost.az xəbər verir ki, o, bu barədə G20 sammitindən qayıdarkən jurnalistlrə açıqlamasında bildirib.

Ərdoğan şair Sezai Karakoç və Ahmet Kayanın ölümünün 22-ci ildönümü münasibətilə deyib:

“Allah hər ikisinə rəhmət etsin. Iki gün ömcə Ahmet Kekeçin vəfatının ildönümü idi. Mən onu rəhmətlə yad edirəm. Təbii ki, Sezai Karakoç da hər zaman şeirlərini oxuduğumuz və tərənnüm etdiyimiz ustadlarımızdandır. Ahmet Kaya isə həbsdə olduğum müddətdə Yedikule, Kazlıçeşmədə keçirilən proqrama gəlib. O gün oxuduğu mahnılar həqiqətən inanılmaz idi. Mən təbii ki, onun burada dəfn edilməsini istədim. Amma ailəsi razı oladığı üçün gətirə bilmədik. O da bu torpaqların insanıdır. Ona edilənləri, o gecə yaşananları unutmaq mümkün deyil”.

Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər