Ru
20:08 / 15 Fevral 2022

Ərdoğan Dubayda Azərbaycan pavilyonunda - FOTOLAR - VİDEO

1869
Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən "Expo-2020" sərgisində Azərbaycan pavilyonunu ziyarət edib.

Bakuppst.az xəbər verir ki, Türkiyə Prezidenti ziyarətdən sonra REAL TV-yə müsahibə verib.

“Azərbaycan pavilyonunda olduqca gözəl hazırlıq görülüb. Hələ Fərqanə və atasının (Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova) təqdimatı bizi çox duyğulandırdı. “Sarı gəlin”lə işi taclandırdılar. Qardaş can Azərbaycanın buradakı gözəl işləri bizim üçün də fəxrdir. Allah yar və yardımçıları olsun”, - Ərdoğan bildirib.

Qeyd edək ki, R.T. Ərdoğan Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın ifasında Azərbaycan mahnılarını dinləyib.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər