Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) “BE-200ÇS” amfibiya tipli təyyarəsi qardaş Türkiyədə meşə yanğınlarının söndürülməsi əməliyyatında iştirak edir.
Bakupost.az xəbər verir ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FHN-in amfibiya təyyarəsinin heyət üzvləri ilə görüşüb, təşəkkürünü bildirib.