Ru
10:46 / 09 Avqust 2022

Ərdoğan Paşinyanla telefon söhbətindən danışdı

1747
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqları konstruktiv adlandırıb.



Bakupost.az xəbər verir ki, Türkiyə lideri bunu Ankarada keçirilən səfirlərin 13-cü Forumunda deyib:


“Xüsusi nümayəndələr vasitəsilə Ermənistanla başladığımız danışıqlar davam edir. Qurban bayramı ilə əlaqədar Baş nazir Paşinyanla telefon danışığı zamanı çox konstruktiv söhbətimiz oldu. İnanıram ki, Ermənistan baş verənləri düzgün dəyərləndirsə, Azərbaycan və Türkiyənin səmimi çağırışlarına cavab versə, o zaman regionumuzda tezliklə sabitliyə nail olunacaq”, - deyə Ərdoğan bildirib.


Türkiyə prezidentinin sözlərinə görə, Cənubi Qafqazda əldə olunan razılaşmalarla yeni dövr başlayıb və “onlar bu tarixi fürsətin əldən buraxılmaması üçün böyük səy göstərirlər”.


İyulun 11-də telefon danışığı zamanı Paşinyan Ərdoğanı Qurban bayramı, o da öz növbəsində Paşinyanı qarşıdan gələn Vardavar bayramı münasibətilə təbrik edib. Liderlər ölkələr arasında münasibətlərin tənzimlənməsi üzrə ikitərəfli prosesin əhəmiyyətini və bunun regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıblar.


Zaur
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər