Ru
23:37 / 17 Sentyabr 2022

Ərdoğan: "ŞƏT-ə üzv olmaq hədəfimizdir"

1528
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmağı hədəflədiklərini açıqlayıb.



Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bu haqda Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 22-ci Zirvə Toplantısından sonra jurnalistlərə açıqlamasında danışıb.



Ərdoğan bu hədəfin Asiya qitəsinin qlobal iqtisadiyyatda oynadığı rolla əlaqəli olduğunu deyib:



“Təşkilatın coğrafiyasında 3,2 milyard insan yaşayır. Təşkilatın üzvləri 20 trilyon dollarlıq iqtisadi böyüklüyü ilə, qlobal ümumi daxili məhsulun yüzdə 30-dan çoxunu istehsal edir”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər