Ru
17:45 / 18 Avqust 2022

Ərdoğan-Zelenski görüşü başa çatdı - FOTO/YENİLƏNDİ

2550
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkari Volodimir Zelenski arasında görüş başa çatıb.

Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, liderlər Ukraynadakı müharibəni, o cümlədən taxıl ixracı məsələsini müzakirə ediblər.

**
17.10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lvovda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

Bakypost.az TRT Haber telekanalına istinadla xəbər verir ki, dövlət başçılarının görüşü yerli vaxtla saat 14:40-da (Bakı vaxtı ilə 16.40-da) Potoçki sarayında başlayıb. Əvvəlcə Rəcəb Tayyib Ərdoğan və Vladimir Zelenski təkbətək danışacaq, daha sonra onlar BMT-nin baş katibi Antonio Quterreşlə görüşəcəklər.

Üçtərəfli görüşdə Zaporojye AES ətrafındakı vəziyyət, Yelenovkadakı istintaq təcridxanasının atəşə tutulması ilə bağlı istintaqı və taxıl müqaviləsini müzakirə edəcəklər.

Zaur,
BakuPost




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər