Ru
17:00 / 15 Avqust 2022

Ərli qadın eyni vaxtda 18 kişidən 300 min dollar borc alıb

1419
Çində qadın bir ay ərzində 18 kişi ilə tanış olaraq onlardan müxtəlif bəhanələrlə pul alıb.


Bakupost.az xəbər verir ki, bir neçə kişiyə özünü subay kimi təqdim edərək, sevgili olan qadın anası və qohumlarının xəstəliyi səbəbindən onlardan pul istəyib. Kişilərin pul verdiyini görən qadın sonradan bu fəaliyyətini genişləndirib. Onun toruna əcnəbi kişilər də düşüb. Hətta biri ilə məsələ ciddiləşərək, toya kimi çatırdı.

Lakin 20 min dolları aldıqdan sonra qızın yoxa çıxdığını görən kişi onu taparaq, şantaj etməyə başlayıb.


Qız yeni tanış olduğu digər sevgilisini onun üzərinə göndərəndə kişilər eyni vəziyyətdə olduqlarını öyrənərək, aldadıldıqlarını başa düşürlər.

Onlar polisə qızdan şikayət edib.

Ümumilikdə 300 min dollar əldə edən qadın və əri saxlanılıb.

Maraqlısı odur ki, ərin baş verənlərdən xəbəri yox idi, o hətta nə üçün saxlanıldığını da bilmirdi.


Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər