Ru
11:29 / 21 Sentyabr 2022

Erməni analar Paşinyanın yolunu kəsdi - Xain Nikol!

1454

Bu gün səhər tezdən Yerablur hərbi panteonuna baş çəkən Ermənistanın baş naziri Nikol Paşinyan müharibədə həlak olan əsgərlərin analarının etirazları ilə qarşılaşıb.



Bakupost.az xəbər verir ki, ərazidə nəhəng polis qevvələrinin cəmləşməsinə baxmayaraq müharibədə həlak olan erməni əsgərlərin analarının təhqirlərindən yaxa qurtara bilməyib.

Onlar Paşinyanın hərbi pantenona gəlməsinin qarşısını almaq üçün yolları kəsməyə çalışıblar. Əsgər anaları: “Biz istəmirik ki, o, bizim uşaqlarımızın məzarını ləkələsin. Nikol xaindir!” deyə şüarları səsləndiriblər.

Polislər həlak olan erməni əsgərlərinin analarına qarşı güc tətbiq etmək məcburiyyətində qalıb.




Gunel
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər