Ru
20:00 / 13 Avqust 2022

Erməni generalın obyektində kütləvi dava olub - Ölən var

1453
Ermənistanın keçmiş polis rəisinin müavini, general-leytenant Ararat Maxtesyana məxsus “Arzni” kurort kompleksində kişi meyiti aşkarlanıb.



Bakupost.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.



Hadisə yerinə gələn polis və müstəntiqlər ölənin İrəvan sakini, 67 yaşlı Qagik Arutyunyan olduğunu müəyyən ediblər.



General A.Maxtesyan polisə və müstəntiqlərə bildirib ki, həmin gün Arutyunyanın qohumlarından ibarət 4-5 nəfər sanatoriyaya gəlib və hamını nalayiq qışqırıqlarla, işçiləri və istirahət edənləri təhqir etməklə, lənətlər yağdırmaqla hədələməyə başlayıblar. Onlar kompleklsin 3-cü mərtəbəsinin qapılarını və divarlarını yumruqla döyəcləyiblər, təhqiramiz ifadələr səsləndiriblər.



Polis və müstəntiqlər həmin şəxslərdən ikisinin şəxsiyyətini müəyyənləşdirib.



Faktla bağlı cinayət işi başlanıb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər