Ru
16:35 / 11 Avqust 2022

Erməni uşaqlar məktəbə Atatürkün portreti ilə gedəcək - FOTO

1750
İrəvandakı "Urartu" ticarət mərkəzində üzərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün portreti və imzası olan bel çantaları satılır.


Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentinin istifadəçiləri məlumat yayıb.


Paytaxtdakı başqa bir mağazada İrəvan sakinləri Atatürkün “Ne mutlu türküm diyene” sözləri yazılmış məktəb çantasına diqqət yetiriblər.




Bəzi erməni sosial şəbəkə istifadəçiləri İrəvanda mağaza piştaxtalarında türk məhsullarının, xüsusən də türk rəmzlərinin olmasından hiddətləniblər. Digərləri isə təəccüblənməməyi təklif edirlər. Çünki Türkiyə istehsalı olan əşyalar Ermənistanda uzun müddətdir satılır.


İstifadəçilərdən biri isə hətta “hamı türkcə geyinir” deyib. O, özünün ilk futbol köynəyinin arxasında “Ahmet Dursun” yazıldığını, formanın “Beşiktaş” klubuna məxsus olduğunu qeyd edib.





Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər