Ru
15:31 / 20 İyul 2022

Ermənilər Xocalıda döyüş mövqeləri yaradır - VİDEO

5377
Ötən axşam Ermənistan Silahlı Qüvvələri Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş mövqelərinin yaradılması məqsədilə tikinti işləri həyata keçirməyə başlayıb.


Bakupost.az “Haqqın.az”a istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri sözügedən qanunsuz fəaliyyətin qarşısını almaq məqsədilə xəbərdarlıq atəşi açıb və bütün qabaqlayıcı tədbirlər görülüb. Bu xüsusda, Rusiya sülhməramlı kontingentinin komandanlığı məsələ ilə bağlı məlumatlandırılıb.


Məlumata görə, 1 saat sonra insident ərazisinə bir qrup sülhməramlı gəlib.


Bildirilir ki, Rusiya sülhməramlıları Ermənistan Silahlı Qüvvələrinin qanunsuz fəaliyyətini və görülən işləri dayandırmaq əvəzinə, əksinə, erməni dəstələrinin təhlükəsizliyini təmin edərək, gecə saatlarında işin davam etdirilməsinə şərait yaradıblar.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər