Ru
21:00 / 04 İyul 2022

“Ermənilərlə müharibə şəraitindəyik” - Yenidən hərbi əməliyyatlar başlayacaq? - Şair Ramaldanovun ŞƏRHİ

6780
Ermənistanın baş naziri Nikol Paşinyan bu həftə keçirdiyi onlayn mətbuat konfransında növbəti dəfə absurd fikirləri ilə gündəmə gəlib.


Azərbaycanı müharibəyə hazırlaşmaqda ittiham edən Paşinyan rəsmi Bakının ünvanına başqa böhtanlar da yağdırıb.


Digər tərəfdən məlum olub ki, ermənilər bölgəyə muzdlu döyüşçülər cəlb etməyə hazırlaşırlar. Belə görünür ki, yaxın vaxtlarda Laçın və ətraf kəndləri boşaltmalı olan ermənilər təxribatlara hazırlaşırlar.


Azərbaycan Müdafiə Naziri isə revanşist qüvvələrin təxribatlarının qarşısını almaq üçün orduya tapşırıq verib.


Paşinyanın məkrli müharibə anonsu nəyə hesablanıb? Ümumiyyətlə, növbəti müharibə olmadan Paşinyan sülh sazişinə imza atacaqmı? “Təxribatlara hazır olun” tapşırığı nədən xəbər verir?


Məsələ ilə bağlı polkovnik, hərbi ekspert Şair Ramaldanov Bakupost.az –a açıqlama verib.


Ekspert, tapşırıqların Azərbaycan Ordusunun döyüş hazırlığının yüksəldilməsilə əlaqəli olduğunu diqqətə çatdırıb:


“Ordumuzun ayıq-sayıqlığı həmişə yüksək səviyyədədir. İstər Ermənistanla dövlət sərhədində, istərsə də sülhməramlı qüvvələrin müvəqqəti yerləşdiyi ərazinin ətrafında əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır. Müdafiə naziri Zakir Həsənov mütəmadi olaraq tapşırıqlarını verir, müşavirələr keçirir. Müşavirələr birinci növbədə verilən tapşırıqların yerinə yetirilməsinə nəzarətlə bağlıdır. Bütün bu tapşırıqlar Azərbaycan Ordusunun döyüş hazırlığının yüksəldilməsilə əlaqəlidir. Son zamanlar delimitasiya və demarkasiya məsələsilə bağlı praktiki şəkildə görüşlər keçirilir”.


Ş.Ramaldanov Ermənistan rəsmilərinin təxribat xarakterli fikirlərinə də münasibət bildirib:


“İşlər sülh istiqamətində getdiyi halda Ermənistanın müəyyən rəsmi şəxslərindən təxribat xarakterli, yersiz fikirlərin səsləndiyini görürük. Bu fikirlər daxili auditoriyaya səslənsə də, biz bunlara reaksiyasız qala bilmərik. Bu həm də onu göstərir ki, Ermənistanın ipinə odun yığmaq olmaz. Onların ipi çürükdür. Sülhə doğru əlimizi uzatmağımıza baxmayaraq, ermənilər bunu normal qəbul edə bilmirlər. Səbəb də odur ki, Ermənistan dövləti heç vaxt müstəqil olmayıb. Onlar həmişə xaricdən olan müəyyən təsirlərin sifarişini yerinə yetirən kukla dövlət olublar. Belə bir ifadə var: “Gah nala, gah da mıxa vururlar”. Ona görə də Azərbaycanın Müdafiə naziri bu vəziyyətdən irəli gələrək, hər hansı bir təxribata hazır olması ilə bağlı tapşırıqlar verib. Ordunun hazır olmasının altında böyük işlər, müəyyən tapşırıqlar var. Biz hələ də Ermənistanla müharibə şəraitindəyik. Dəfələrlə Ali Baş Komandan dəmir yumruğu haqqında vaxtaşırı öz mesajını verir. Tapşırıqlar da istənilən vəziyyətə hazır olmaqla bağlıdır. İfadə var: “Keçinin buynuzu qaşınanada çobanın çomağına özünü sürtür”. Bizim yumruğumuz da, çomağımız da istənilən vəziyyəti dəf etməyə həmişə hazırdır”.


Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər