Ru
16:48 / 17 Mart 2023

"Ermənistan KTMT-dən çıxsa da, Rusiya əsarətindən çıxa bilməyəcək" - ŞƏRH

10879
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavini kvotasından imtina edib. Baş nazir Nikol Paşinyan isə tərəflər arasında anlaşılmazlıq yaranmasına görə KTMT-nin bu il Ermənistanda hərbi təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmədiyini açıqlayıb.

O, həmçinin "KTMT-nin Ermənistanı tərk etdiyini" deyib.


Maraqldır, bəs Rusiyada Ermənistanın KTMT-dən uzaqlaşmaq cəhdləri barədə nə düşünürlər?




Mövzu ilə bağlı sabiq diplomat, politoloq Fikrət Sadıxov Bakupost.az -a açıqlamasında bildirib ki, Paşinyan KTMT-dən narazılıq etməsinə səbəb odur ki, guya Azərbaycanla münaqişə zamanı Rusiya onlara kömək etməyib.

"Amma Rusiya vaxtilə açıq şəkildə bəyan etmişdi ki, Qarabağ Azərbaycan torpağıdır. Yəni Moskva bununla da məsələyə nöqtə qoyub. Bir şərtlə ki, rus sülhəramlıları orda müvəqqəti yerləşdirilsin. Təbii ki, bu, Paşinyanı qıcıqlandırmaya bilməzdi. Dəfələrlə belə bir bəyanatların verilməsi ona işarə edir ki, Ermənistan narazıdır", - F.Sadıqov bildirib.

Sabiq diplomat hesab edir ki, Ermənistan KTMT-ni asanlıqla tərk edəcəyi inandırıcı deyil:


"Çünki bu, çox mürəkkəb bir prosesdir. Ermənistan KTMT-dən çıxsa belə Rusiyanın boyunduruğundan çıxa bilməyəcək. Çünki onun Moskvadan asılılığı yüksək səviyyədədir. Orda Rusiya hərbi bazası mövcuddur. Ermənistanın enerji, qaz, dəmir yolu şəbəkəsi və s. Rusiyaya bağlıdır. Ona görə də Ermənistanın birdən-birə KTMT-dən çıxıb başqa bir təşkilata qoşulmağı real görünmür. Bir də Paşinyanın o, qədər ziddiyyətli bəyanatları olub ki... Bu gün dediyini sabah təkzib edir. Bu baxımdan Ermənistanın bu msələdə mövqeyinin qəti olduğu ağlabatan deyil".
Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər