Ru
22:55 / 29 Sentyabr 2022

Ermənistan müharibə anonsu verdi: “Əraziləri bərpa etmək üçün..."

6707

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan Ermənistanın müharibəyə hazırlaşdığı ilə bağlı fikirlər səsləndirib.



Bakupost.az xəbər verir ki, Arakel Martikyan Ermənistan Ordusunun yeni hücum gözlədiyini, Azərbaycan Ordusu ilə qarşı-qarşıya gəlib qələbə qazanmağa hazırlaşdığını deyib.



"İtirdiyimiz ərazilər taktiki baxımdan o qədər də vacib deyil, amma strateji baxımdan önəmlidir: Onlar düz bizim yaşayış məntəqələrimizin üstündə yerləşir. Hazırki vəziyyətdə düşmən yollarımıza, marşrutlarımıza müəyyən nəzarət yarada bilib", - deyə general-mayor bildirib.



O, jurnalistlərin “hansı cavab addımları atılacaq?” sualını isə belə cavablandırıb: “Əraziləri bərpa etmək üçün əmr almışıq, əmri yerinə yetirmək borcumuzdur”.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər