Ru
20:28 / 23 Yanvar 2022

Ermənistan prezidenti istefa verdi

2718
Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib.

Bakupost.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında məlumat yerləşdirilib.

Armen Sarkisyan bildirib ki, Ermənistan Prezidenti postundan getməsi onun daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə bağlıdır.

O qeyd edib ki, qərarı heç də emosional deyil və müəyyən məntiqdən irəli gəlir. Onun sözlərinə görə, prezidentin hazırda xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyətləri və alətləri yoxdur.

Sarkisyanın sözlərinə görə, bu gün ölkənin mənalı, dərin düşünülmüş, balanslaşdırılmış hərəkətlərə hər zamankindən daha çox ehtiyacı var. Əks halda ermənilər tarixdə itmək riski ilə üz-üzə qalırlar.

“Bizim səhv etməyə haqqımız yoxdur”, - Sarkisyan deyib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər