Ru
14:25 / 09 Mart 2023

Ermənistan sülh sazişi imzalamayacaq - Elşad Musayev

1333
“Heç kəs illüziyaya qapılmasın ki, Arayik Arutyunyan Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyasının tərəfdarıdır. Sadəcə yüngül ifadə işlədib”.


Bu sözləri Böyük Azərbaycan Partiyasının sədri, hüquqşünas Elşad Musayev Bakupost.az -a açıqlamasında deyib.


O qeyd edib ki, Arutyunyan müəyyən sətiraltı cümlələr işlədib:

"Özünü demokrat kimi göstərib. Bu isə bizim cəmiyyətdə, KİV-də bir az fərqli istiqamətləndirilib. Heç kəs illüziyaya qapılmasın ki, Arayik qondarma qurumun ərazisində yaşayan ermənilərin Azərbaycana inteqrasiyasının tərəfdarıdır. Sadəcə yüngül ifadə işlədib. Arutyunyan qondarma qurumun "prezidenti"dir. O da Xankəndi və ətraf bölgələrin Azərbaycan tərkibində olmasının qəti əleyhinədir”.


Hüquqşünas bəzi fikirlərin şişirdilməsi ilə bağlı ictimaiyyətə iradını da bildirib:

“Azərbaycanda dövlət orqanları kifayət qədər məlumat vermir. Ona görə də siyasətçilər də, mətbuat da məcburən Ermənistan tərəfindən verilən məlumatların təsiri altına düşür. arutyunyanın açıqlamaları da konteksdən çıxarılaraq şişirdilib ”.


E.Musayev sonda Ermənistanın sülh sazişi imzalamayacağına inanmadığını da bildirib:

“Ötən il demişdim ki, sülh müqaviləsi imzalanmayacaq. İndi də ilin əvvəlidir, yenə deyirəm ki, imzalanmayacaq. Çünki Ermənistan sülhə hazır deyil. Orada heç kim Qarabağın Azərbaycan tərkibinə verilməsilə razı deyil”.

Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər