Ru
14:14 / 19 Sentyabr 2022

Ermənistan yenidən təxribatlara əl ata bilər - Hərbi ekspert

1174
"Nensi Pelosinin Azərbaycana qarşı fikirləri bölgədəki vəziyyəti daha da gərginləşdirə bilər. Lakin bu, qətiyyən onların dəstək vermək istədiyi Ermənistanın xeyrinə olmayacaq. Bunu yaxın keçmişə nəzər salmaqla görmək olar".


Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev Bakupost.az -a açıqlamasında deyib.


Ə. Verdiyev hesab edir ki, Ermənistan yenidən orta və kiçikmiqyaslı təxribatlara əl ata bilər:


"Üç günlüyünə İrəvana gələn Pelosinin bir gün sonra İrəvandan qaçıb getməsinin səbəbi hələ ki rəsmən açıqlanmayıb. Bu səfər istər Ermənistandakı, istərsə də hakimiyyət daxilində olan revanşist qüvvələri bir qədər ruhlandıra bilər. Daha açıq desək, Ermənistanın orta və kiçikmiqyaslı təxribatlara əl atması tamamilə mümkündür. Odur ki, Azərbaycan Ordusu və güc strukturlarımız nəzarəti gücləndirməli, müvafiq hazırlıqlar görməlidir. Məndə olan məlumatlara görə, ordumuz ərazidə kifayət qədər möhkəmlənməklə məşğuldur. Yəni, azad edilən 74 bölgənin hər birində ordumuzun şəxsi heyəti yerləşib. Həmçinin atış sistemi qurulub, mühəndis istehkam qurğularının inşası davam edir və hər bir mövqeyin üzərində artıq Azərbaycan bayrağı dalğalanır".


"Pelosinin səfərindən sonra ABŞ Ermənistana hərbi yardım edəcəkmi?" sualını Ə. Verdiyev belə cavablandırıb:


"Bir çox revanşistlər gözləyir ki, Pelosinin 3-5 bəyanatından sonra ABŞ Ermənistana hərbi dəstəyini təmin edəcək. Lakin bunu qətiyyən gözləmirəm. Çünki ABŞ mütləq nəzərə alır ki, Azərbaycan bu məsələdə tək deyil, Türkiyə və Pakistan kimi güclü dövlətlər onun yanındadır. ABŞ onu da nəzərə almalıdır ki, Avropa İttifaqının 9 ölkəsiylə Azərbaycanın strateji tərəfdaşlığı var. Eyni zamanda Avropa enerji asılılığını aradan qaldırmaq üçün Azərbaycanla münasibətlərin yaxınlaşdığı bir vəziyyətdə, ABŞ-ın Avropa İttifaqına qarşı addımlar atması real görünmür. Digər tərəfdən, NATO-nun cənub qanadını Türkiyə təşkil edir və NATO-nun ikinci böyük dövlətidir. Bəli, zaman-zaman ABŞ-la Türkiyə arasında problemlər olub, indi də var. Amma Azərbaycan məsələsi Türkiyənin qırmızı cizgisi olduğu halda bu məsələdə ABŞ-ın Ermənistana silah verməsi, onu hərbi məsələlərdə dəstəkləməsi qətiyyən gözlənilən deyil".


Fərid
Baku Post
Şərhlər
  • t.ədalət

    Rusiya bu regionda müharibəni bitməyə qoymayacaq.Atışmalar müvəqqəti səhləsə də Putin ermənistandakı terror mərkəzini işə qoşacaq.Azərbaycanın varlığı tarixən Rusiyanın gözünə girən tikan olub.Elə ermənistanı da ruslar Azərbaycanın başına bəla kimi yaradıblar.Gəlin, "5 kolon"un fikirlərini əsas götürməyək.Etnik kökü qarışıq olanlar həmişə Rusiyanın əlində oyuncaq olublar.Rusiya haqqında fikirləri də onlar ora-bura yozurlar...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər