Avropa İttifaqının Xarici İşlər nazirləri “Qafqazda nizamlanmanı təşviq etmək” üçün Ermənistanda mülki missiyanın yaradılmasını təsdiqləyiblər.
Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, missiya daimi patrul xidməti aparacaq və vəziyyətlə bağlı Brüsselə hesabatlar verəcək.
"Bu hesabatlar Avropa İttifaqının bölgədə vəziyyətlə bağlı bilgisini artıracaq. Missiya Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel rəhbəri Şarl Mişelin vasitəçilik səylərinə töhfə verəcək”, - deyə məlumatda bildirilir.
Mandat 2 il müddətinə nəzərdə tutulub. Missiyanın rəhbəri yaxın vaxtlarda təyin olunacaq.
Zaur
BakuPost
Bu missiya,xoşumuza gəldi,gəlmədi əsasən Rusiyanın işğalçılıq projelərinə mane olacaq.Sərhədlərdə rus füsqi-fücuru azalacaq.