Ru
10:01 / 06 Fevral 2023

Ermənistanda da zəlzələ oldu

2032
Türkiyədə baş verən 7.4 ballıq güclü zəlzələ Ermənistanda da hiss olunub.

Bakupost.az xəbər verir ki, Ermənistanın müvafiq qurumlarının məlumatına görə, episentral zonada yeraltı təkanların gücü 4 bal olub.

Zəlzələ Şirak vilayətinin kəndlərində 3 bal gücündə hiss olunub.

Xatırladaq ki, febralın 6-da gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində də binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər