Ru
12:02 / 16 Sentyabr 2022

Ermənistanı son təxribatlara ABŞ sövq edib - Politoloqdan ilginc iddia

1660
“ABŞ tarixinin ən ermənipərəst hakimiyyəti olan Bayden administrasiyası Güney Qafqazda təkrar gərginlik yaratmaqla bölgədə Rusiyanın təsirini azaltmaqla yanaşı, həm də Ermənistanı dəstək yönlü bəyanatlar verməklə noyabrda keçiriləcək seçkilərdə ermənilərin səsini almağa çalışır”.


Bakupost.az xəbər verir ki, bu fikirləri politoloq Oqtay Qasımov Feysbuk hesabında yazıb.


Politoloq ermənilərin son hərbi təxribatlarında maraqlı olan dövlətlərdən birinin də ABŞ olduğu qənaətindədir:


“Ermənilərin son təxribatında hansı dövlətlərin maraqlı olması sualına deyəsən aydınlıq gəlməyə başlayır. Son bir neçə aylıq davranışı ilə onlardan birinin ABŞ olduğu ortadadır. MKİ rəhbərinin İrəvana yarımleqal zitarətinin ardınca Ermənistanın təxribatlarının artması, Qarabağ erməbilərinə maliyyə yardımı edilməsi, ABŞ səfirinin Şuşa səfərindən nümayişkaranə imtinası və s. belə düşünməyə əsas verir. ABŞ tarixinin ən ermənipərəst hakimiyyəti olan Bayden administrasiyası Güney Qafqazda təkrar gərginlik yaratmaqla bölgədə Rusiyanın təsirini azaltmaqla yanaşı, həm də Ermənistanı dəstək yönlü bəyanatlar verməklə noyabrda keçiriləcək seçkilərdə ermənilərin səsini almağa çalışır. ABŞ Dövlət katibi Blunkenin Paşinyanla danışıqda "Azərbaycan-Ermənistan münaqişəsi ilə şəxsən məşğul olacağını" söyləməsinin ardınca, Amerikada ermənilərin "Xaç anası" hesab olunan Nümayəndələr Palatasının sədri, Türkiyə və Azərbaycana düşmən mövqeyi ilə tanınan Nensi Pelosinin həftə sonunda Ermənistana dəstək məqsədilə İrəvana səfər edəcəyi xəbəri yayıldı. Xatırladım ki, 82 yaşlı bu təxribatçı qadının bir müddət əvvəl Tayvana səfəri də qlobal gərginliyə səbəb olmuşdu” .


Günel
BakuPost
Şərhlər
  • t.ədalət

    Hörmətli Oqtay Qasımov!ermənistan Rusiyanın bir əyalətidir və Rusiya da oranı idarə edir.ermənilərə silah və sursatı da Rusiya verir.Rusiyanın ermənistanda böyük hərbi bazaları var.Bu,onu göstərir ki,ermənistanın ,ancaq adı var.Rusiyanın tabeçiliyində olan,Rusiyanın yedirib-içirdiyi ermənistan,necə ola bilər ki,ABŞ-ın basqısı altında təxribat törətsin?ABŞ,əslində Rusiyanı çökdürməyə çalışır ki,keçmiş sovet respublikaları demokratik düzənə daxil olsun.Rusiya isə aranı qarışdırır ki,iki respublikanın inkişafı ləngisin və rus imperiyasının müstəmləkəsindən qurtula bilməsinlər.ABŞ Paşinyana dayaq verməklə Rusiyanın regionu qarışdırmasının qarşısını almağa çalışır.Putin iyrənc məqsədi üçün hər iki respublikanı qarışdırır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər