Ru
20:21 / 10 Mart 2023

Əsgərimiz silahdan açılan atəş nəticəsində öldü

2536
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məhərrəmov Elnur Ələsgər oğlunun odlu silahdan açılmış atəş nəticəsində yaralanması, təxliyə olunarkən yolda ölməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bakupost.az -a Hərbi Prokurorluqdan bildirilib.

Məlumata görə, fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və hazırda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.
“İstintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq” - məlumatda qeyd olunur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin



Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər