Ru
15:06 / 10 Avqust 2022

Əsgərlikdəki övladının yanından qayıdan ailə qəzaya düşdü: ölən var

8465
Yevlax rayonunda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.


Bakupost.az Report-a istinadən xəbər verir ki, hadisə Yevlax-Bərdə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.


Belə ki, VAZ-2106 markalı avtomobillə digər minik avtomobilin toqquşması nəticəsində sürücü - Tovuz rayon sakini, 1953-cü il təvəllüdlü Əmrah Mahmudov ölüb, bir ailənin 3 üzvü - Tovuz rayon sakinləri, 1976-cı il təvəllüdlü Yaşar Alıyev, onun qızı, 2002-ci il təvəllüdlü Aytac Alıyeva və 2010-cu il təvəllüdlü Amil Alıyev isə xəsarət alıb.


Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər