Ru
13:45 / 25 Yanvar 2023

Estoniya yeni silahlar alaır, Rusiyaya hücum edəcək - Səfir

1488
Estoniya Qərb tərəfdaşlarından Sankt-Peterburqu hədəfdə saxlaya biləcək silahlar alır.

Bakupost.az xəbər verir ki, bunu Rusiyanın Tallinndəki səfiri Vladimir Lipayev "Soloviev.Live" proqramının efirində deyib.

Lipayevin sözlərinə görə, bunlar adi silahların ən müasir növləri ola bilər.

“Estoniya fəal şəkildə silahlanır. Bunun nə məqsədlə edildiyi bəlli deyil. Bu ölkəyə Sankt-Peterburqu hədəfdə saxlamağa qadir olan ən müasir silah növlərinin tədarükü planlaşdırılır. Eyni zamanda orta mənzilli raket əleyhinə müdafiə sistemi yaradılır”, - diplomat qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Estoniya parlamenti yekdilliklə Rusiya Federasiyasındakı “rejimi” terrorçu, Rusiya Federasiyasını isə terrorizmə sponsorluq edən dövlət kimi tanıyıb.

Estoniya siyasətçiləri NATO və Avropa İttifaqını Rusiya Federasiyası ilə bütün əlaqələri dərhal kəsməyə və Rusiya vətəndaşlarına Avropa ölkələrində sığınacaq verməməyə çağırıblar.

Rusiya Dövlət Duması isə bəyan edib ki, Estoniya ilə bütün əlaqələri kəsməyin vaxtı çatıb.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər