Ru
12:50 / 23 İyun 2022

Ət ucuzlaşmayacaq - İqtisadçı yeni qərarı şərh etdi

2340
Azərbaycanda ətin ucuzlaşacağı ilə bağlı xəbər vermişdik.


Belə ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, baytarlıq pasportu, eyni zamanda hər heyvan üçün 20 manat rüsum tələb olunmayacaq. Bir sözlə, heyvan ətinin maya dəyəri azalacaq.


Bəs ət və ət məhsullarının qiymətində ucuzlaşma nə qədər olacaq?


Mövzu ilə bağlı iqtisadçı Cəfər İbrahimli Bakupost.az -a açıqlama verib.


O, qiymətlərdə hansısa dəyişiklik gözlənilmədiyini deyib:




“Nazirlər Kabinetinin 2007-ci il qərarında baytarlıq pasportu və rüsum nəzərdə tutulurdu. Amma bu qərar çox da tətbiq olunmurdu. Rüsumlarda ödəniş və heyvanların pasportlaşması yox idi. Pasportlaşma kəsilən heyvanlar üçün yox, damazlıq heyvanlar üçün nəzərdə tutulur. Bu qərarlar tətbiq olunmadığı üçün NK-nın yeni qərarı əsasında ətin qiymətində dəyişiklik olacağını düşünmürəm. Təbii ki, müəyyən sahələrdə sahibkarlıq subyektlərinə dəstək məqsədli xərclərin aşağı salınması ilə bağlı rüsumlardan azad olunma tətbiq olunub. Amma real vəziyyət bundan ibarətdir”.


İqtisadçı bildirib ki, ətin qiyməti birbaşa yem qiymətlərindən asılıdır:


“Şəraitə əsasən, ət və ət məhsulları ilə bağlı başlıca problem yem qiymətlərinin çox yüksəlməsidir. Amma bununla paralel olaraq ət və ət məhsullarının qiyməti artmayıb. Yem qiymətləri həqiqətən çox qalxıb. Bundan sonra daxildə istehsal olunan ət məhsullarının tənzimlənməsi yem qiymətləri ilə bağlı olacaq. Yem qiymətlərinin aşağı salınması mümkün olsa, ət məhsullarının qiymətləri də bu cür qalacaq. Amma yem qiymətləri artsa, yaxud elə bu səviyyədə qalsa, ətin ucuzlaşması real deyil”.

Aynur
BakuPost


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • Çingiz

    Ticarətdə dövlət nəzarıtinin olmaması əhali arasıbnda böyük çətinliklər yaradır.Ölkəni bu sahədə başlı-başına buraxmaq zərərli haldır!

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər