Ru
23:38 / 03 Fevral 2022

Evdə hər gün tək qalan azyaşlı eyvana çıxıb imdad diləyir - VİDEO

1260
Bakıda bağlı qapı arxasında qalan azyaşlı uşağın eyvana çıxıb imdad diləməsi ilə bağlı video yayılıb.

Bakupost.az REAL TV-yə istinadən xəbər verir ki, görüntülərdə uşaq eyvanda ağlayaraq, “ana, nə olar mənim də zəngimi aç” deyir.

Hadisə Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 18 nömrəli binada baş verib.

İddiaya görə, artıq bir həftədir uşaq eyvana çıxıb belə ağlayır. Bildirilir ki, ana səhər saatlarında işə gedir və azyaşlı uşağını evdə tək qoyur. Uşaq isə eyvana çıxaraq yardım istəyir, ağlayıb, sızlayır. Ananın saat 23:00 radələrində evə döndüyü deyilir. Bu vəziyyət qonşuları olduqca narahat edir.

Binanın komendatı qadınla azyaşlı oğlunun həmin mənzildə kirayə yaşadığını deyib. Qeyd edib ki, uşağın sağlamlığında problem var.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin uşağın valideyni müəyyən edilərək ərazi üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə dəvət edilib. Qadın izahatında deyib ki, yaşadığı evin yaxınlığında işlədiyinə görə uşağı evdə tək qoyaraq işə gedir. Gün ərzində ara-sıra onunla maraqlanır.

DİN-dən valideynə bildirilib ki, belə hal təkrar olarsa, müvafiq icra hakimiyyəti qarşısında məsələ qaldıraraq, uşağın dövlət himayəsinə götürüləcəyi təmin ediləcək.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər