Ru
14:22 / 01 Mart 2023

"Evimizə dönməyə şərait yaradın" - Qərbi Azərbaycan İcması Şarl Mişelə müraciət etdi

4035
Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə Ermənistandan qovulan azərbaycanlıların sülh və təhlükəsizlik şəraitində öz ata-baba torpaqlarına qayıdışına dəstək verməklə bağlı müraciət edib.

Bu barədə Bakupost.az -a Qərbi Azərbaycan İcmasından bildiriblər.

Qeyd edilib ki, icma Aİ-nin Ermənistandakı missiyasından bu məsələ ilə əlaqədar Ermənistanda etimad mühiti yaratmaq üçün tədbirlər həyata keçirməsini xahiş edib.

Eyni zamanda Qərbi Azərbaycan nümayəndələrinin öz evləri, qəbiristanlıqları, ziyarətgahları və mədəniyyət abidələrini ziyarət etmək üçün şərait yaradılmasına çağırış edilib.

Qərbi Azərbaycan İcması Ermənistandakı Aİ missiyası ilə insan hüquqları, mülki şəxsləri müdafiə və humanitar məsələlərlə bağlı əməkdaşlığa hazır olduğunu bildirib.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər