Türkiyəli aktrisa Özge Gürel və aktyor Serkan Çayoğlu evliliklərinin ikinci ildönümüne qeyd ediblər.
Bakupost.az xəbər verir ki, 'Kiraz Mevsimi' serialının çəkiliş meydançasında tanış olan və bir-birlərinə aşiq olan Özge Gürel və Serkan Çayoğlu 2022-ci ilin iyulunda Almaniyada nikah masasına oturublar. Məşhur cütlüyün toyu isə bir ay sonra İtaliyada olub.
Sosial media hesablarında birgə fotolarını paylaşan cütlük evlilik ildönümünü qeyd edib.
Çayoğlu İnstaqram hesabında "O əzəl gündən sənin qismətindir. Onsuz da onu min qat daha çox sevəcəksən" şeirini qeyd edib.
Gürel, "İkinci ilin sonuna gəldik. Birlikdə keçirəcəyimiz hər anı, davam edəcəyimiz hər macəranı səbirsizliklə gözləyirəm. Yeni illərə canısı" deə yazıb.
Aygün
BakuPost