Ru
10:36 / 18 İyun 2022

Əvvəlcə arvadını, sonra özünü öldürdü - YENİLƏNİB

1689

İmişli Rayon Prokurorluğu rayon ərazisində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.


Bakupost.az -a daxil olan məlumatda deyilir:


"İyunun 17-də İmişli rayonu ərazisində 1988-ci il təvəllüdlü Turan Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Aparılan ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri, 1983-cü il təvəllüdlü Mehbalı Əhmədovun aralarında yaranan münaqişə zamanı Turan Mustafayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə daha sonra özünə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".


***

08:50



İmişlidə qətl hadisəsi baş verib.


Bakupost.az xəbər verir ki, “Report”un Aran bürosunun məlumatına görə, hadisə Yalavac kəndində baş verib.

Kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu münaqişə zəmnində arvadı, 1988-ci il təvəllüdlü Mustafayeva Turanə Vaqif qızını bıçaqla qətlə yetirib. M.Əhmədov sonra bıçaqla özünü öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər