Ru
12:35 / 06 Dekabr 2022

"Əxlaqsız sənsən, fahişə sənsən..." - Tətil və nümayişlər İranın molla rejimini laxladır

2088
İranda molla rejiminə qarşı etiraz aksiyaları 82 gündür ki davam edir.

Bakupost.az Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbər verir ki, dekabrin 4-dən bütün ölkə üzrə elan olunan tətillər davam edir.

Son məlumatlara görə, İsfahan şəhərində yerləşən Diziçe sement zavodunun və Bəndər Abbas şəhərində yerləşən Əl-Məhdi alüminium şirkətinin işçiləri də tətillərə qoşulub. Lahican şəhəri və Mazandaran əyalətinin Behşəhr şəhərində də sahibkarlar xalq etirazlarına dəstək məqsədilə mağaza və iş yerlərini bağlayaraq tətil keçirirlər. Kərəcin Kamalşəhr bölgəsi də etiraz tətillərinə qoşulub.




İran rejimi isə tətillərin qarşısını almaq üçün müxtəlif vasitələrlə sahibkarlara təsir göstərməyə çalışır. Məsələn, Tehranın Nemətabad məhəlləsində bələdiyyə işçiləri tətillərə qoşulan sahibkarların mağazalarını dağıdıb.

Bu baxmayaraq, tətillərin qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir. Bir çox şəhərlərdə, o cümlədən Astarada gənclər və siyasi fəalları "Tətil işıqlarını yandırın", "Ölkə gənclərinin qanını tapdamayacağıq", "Astara ümummilli etiraz və tətillərin daimi ayağıdır" şüarları yazılan plakatlar asır, etiraz vərəqələri paylayır, zavod, fabrik işçiləri və sahibkarların ümumölkə tətillərinə dəstək nümayiş etdirirlər.

Dünən axşam paytaxt Tehran və bir sıra iri şəhərlərdə küçə nümayişləri də davam edib. Etirazçılar "Diktatora ölüm olsun!", "Azadlıq, azadlıq", "Döyüşəcəyik, İranı geri alacağıq!", "Əxlaqsız sənsən, fahişə sənsən, azad qadın mənəm!" şüarları səsləndiriblər. Tehranın Ekbatan yaşayış massivinin etirazçıların nəzarətinə keçdiyi bildirilir.

Etirazçıların fəal olduğu Şiraz şəhərində isə repressiv hökumət qüvvələri yenə insanlara atəş açıb. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Ərak şəhərində isə etirazşılar yarımhərbi və radikal "Bəsic" qüvvələrinin qərargahını yandırıblar.

İslamşəhrdə isə ötən gecə etirazçı gənclər Xameneyinin bannerini yandırdılar.



Güney Azərbaycanda - Təbriz, Ərdəbil, Zəncan və digər şəhərlərdə də etiraz aksiyaları davam edib. "Ölüm olsun diktatora" şüarı səsləndirən molla rejimindən narazı gənclər yollarda tonqallar yandırıb, barrikadalar qurublar.
Qərbi Azərbaycan əyalətinin Saqqız şəhərində də etirazlar davam edib. Burada etirazçılara divan tutan “Bəsic” nümayəndəsinin evi qəzəbli xalq tərəfindən yandırılıb.

Bu arada İsfahanın "Sepahan" futbol komandasının sabiq məşqçisi Əlirza Mərzban xalqın etirazlarını dəstəkləyən ərdəbilli futbolçu Əli Dayinin restoranlarının İran hökuməti tərəfindən bağlanmasına məsələsinə toxunaraq xalqa səslənib:

"Zülmün qarşısında susmaq olmaz. Dayanmayın! Bu faşist və diktator rejimi artıq sübut edib ki, öz varlığını qorumaq üçün uşaqların cəsədlərinin üstündən belə keçməyə hazırdır!"



Etirazların qarşısında aciz qalan İran rejimi isə konstitusiyaya dəyişikliklər vədi verir. Belə ki, İran prezidenti İbrahim Rəisi 1979-cu ildə qəbul edilmiş konstitusiyanın bəzi maddələrinə dəyişiklik edilməsinin mümkünlüyündən söz açıb. O bildirib ki,konstitusiyada cümhuriyyətçilik, islamçılıq, istiqlalçılıq və azadlıq kimi prinsiplər və dəyərlər var ki, bunlar dəyişməzdir.

Lakin bununla yanaşı zərurət yarandıqda konstitusiyanın tətbiqi, üsul və mexanizmləri mütləq dəyişdirilə və təkmilləşdirilə bilər. O qeyd edib ki, İran İslam Respublikasının Konstitusiyasında heç bir çıxılmaz vəziyyət yoxdur.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər